10 Eylül 2016 Cumartesi

Bilirsinizmi ? #3

1.Kotletin üstünə soyuq su çiləyib qapağını örtsəz daha yaxşı bişər.
2.Əti taxtanın üstündə çox saxlamayın,çünki taxta ətin şirəsini özünə çəkir.
3.Sobada bişirilən əti hərdən soyuq su ilə isladıb üstünə limon çəkdikdə ət daha dadlı olar.
4.Qara ciyər bişəndən sonra duzlanır.Əvvəlcədən duzlanan ciyər bərk olur.
5.Əgər kotletin yumşaq olmasını istəyirsinizsə,ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan kotletə qatın.

9 Eylül 2016 Cuma

Asan Peçenye

                                

 

Ərzaqlar                                                         

Yumurta-1 ədəd                                              
Yağ-150 qram
Şəkər tozu-5 xörək qaşığı
Kraxmal-5 xörək qaşığı
Un-8 xörək qaşığı
Vanil

Hazırlanması

Yağ yumşaldılır.Digər ərzaqlar əlavə edilir.Alınan xəmirdən qoz böyüklüyündə toplar düzəldilir.150-160 dərərcə də bişirilir.Nuş olsun...

Bilirsinizmi ? #2 (Əllərə qulluq)

1.Sizə istidirsə,dirsəklərinizi soyuq suya qoyun.
2.Əlləriniz çox kobudlaşmış,dırnaqlarınız sınmışsa,qızdırılmış günəbaxan yağında 10-15 dəqiqə saxlayın,sonra əllərinizi yumayın,sadəcə quru əsgi ilə silin.
3.Əgər əllərinizdə ziyil əmələ gəlmişsə gündə 4-5 dəfə zəncirotu,təzə kartof,sarımsaq çəkin.Ziyilin üstünə külləmə soğan qoymaq məsləhətdir.
4.Əllər ağarsın deyə,onları boraks və ya sirkə tökülmüş ilıq suda saxlayın.Limonlu suda da əlləri saxlamaq ağarmağına kömək edir.
5.Sıxılmış limonu atmazdan əvvəl əllərinizə çəkin.
6.Əllərinizə düşmüş mürəkkəb ləkəsini naşatr spirti,odekolon və ya spirtlə silin.

8 Eylül 2016 Perşembe

Gözəllik 10-dur,9-u ...

Çirkin qadın yoxdur,baxımsız qadın var.Bəzən qadınlar vaxtı,maddiyatı bəhanə edib özlərinə qulluq etmirlər.Lakin kiçik vaxt içərisində əlinizin altındakılarla özünüzə baxa bilərsiniz.Ev işləri ilə məşğul olarkən belə idman hərəkətləri etmək,maskalardan istifadə etmək olar.Biz də bu bölmədə bildiklərimizi sizinlə paylaşacağıq.Siz də öz növbənizdə fikirlərinizi bildirin..

Bizim Mətbəx,İlk resept

Bu bölmədə biz sizə hər hansı bir kitabdan deyil,özümüzün dəfələrlə hazırladığımız və məsləhət gördüyümüz reseptləri verəcəyik.İlk reseptimizdən başlayaq.

                                    Praktik  piraşki ve piroq xəmiri

Süd-1stəkan
Maya-2 çay qaşığı
Şəkər tozu-0.5 stəkan
Qatıq-1 stəkan
Yağ-1 stəkan
Yumurta-2 ədəd
Un-1 kq

                                                       Hazırlanması

Bütün erzaqlar qarışdırılır.Yumşaq xəmir yoğrulur.1 saat isti yerdə saxlandıqdan sonra kündələrə bölünür.İçlik qoyulub bükülür.Uzərinə yumurta çəkilib,sobada bişirilir.Həmin xəmirdən piroqlar da hazırlamaq olar.Şəkər tozunun miqdarını 1 stəkan edib, bulkalar da hazırlamaq olar.Əgər artiq xəmiriniz qalarsa,onu soyuducu da saxlayıb 1-2 gün erzində yenidən istifadə edə bilərsiniz.Nuş olsun..


Çirkli güzgü və pəncərə şüşələri

Çox çirklənmiş güzgünü naşatr spirti ve diş tozu qatışığı ilə təmizləmək məsləhətdir.

Güzgüyə milçək oturmasın deyə baş soğanı iki yerə bölüb güzgüyə sürtün,sonra yumşaq əski ilə yaxşıca silin.Belə etsəniz milçək güzgüyə oturmaz.

Pəncərələrin donmaması və tərləməməsi üçün şüşələri qliserin və ya skipidar qatılmış qliserin ilə silmək lazımdırş (3 xörək qaşığı qliserin,1 xörək qaşığı skipidar)


Bilirsinizmi ? #1

1.Büzüşmüş almanı bir neçə saat soyuq suda saxlasaz əvvəlki görkəmini alar.
2.Təzə südü işıqda saxladıqda tərkibindəki A və C vitaminləri itir.
3.Gec bişən toyuğu yarım saat bişirdikdən sonra 5 dəqiqə soyuq suda saxlayıb yenidən bişirdikdə tez hazır olur.
4.Soyuq suda qalan kartof C vitaminini itirir.
5.Balığın donunu tez açmaq üçün 1 litr suya 1 çay qaşığı duz töküb balığı həmin suda saxlamaq lazımdır.

7 Eylül 2016 Çarşamba

Haqqımızda

Kişilər özlərini güclü saysalar da,qadınlar həmişə mətanətli,dözümlü,iradəli və bacarıqlıdırlar.Qadınların bacarmadığı iş yoxdur.Bilmirəm,bacarmaram tənbəllərə aiddir.Əgər qadın istəsə möcüzələr yaradar.
Bəzən elementar bir işi,sadə biş-düşü,gözəllik ve sağlamlıqla bağlı asan prosedurları bilməyənlər var.Bilməmək eyib deyil,öyrənməmək eyibdir deyib atalarimiz...
Biz də bloqumuzda bildiyiniz və bilməyib öyrənməyə çalışdiğınız məlumatları yerləşdirəcəyik.
Ümidvarıq ki yazılarımız sizə gündəlik həyatınızda yardımçı olacaq.
Bizdə yaş həddi yoxdur.7-dən 77-ə bütün xanımların və xanım qızlarımızın şərhlərini gözləyirik..